Tənbəllər üçün ən sadə idman hərəkətləri

Tənbəllər üçün ən sadə idman hərəkətləri

Düşünürsüz ki idman üçün yetərincə vaxtınız yoxdur? SİA-nın xəbərinə görə, bu düz fikir deyil. Evdə və yaxud da işdə 5 dəqiqəniz hər zaman tapılar.


5 dəqiqə səhər


Zəngli saatdan 5 dəqiqə qabaq oyanmısınız? Əlbəttə bu çox yaxşıdı. Siz indi yerinizdən qalxıb yürüyüş edəcəksiz?!Amma yox çox tənbəllik edirsiz. Eybi yox yəqinki döşəmənin üstünə özünüzü atmaq üçün tənbəllik etməzsiz. Deməli beli üstə uzanıb özünüzü dartın sonra körpü kimi dayanın. İnanın bu sizi bütün gün çevik saxlayacaq.


5 dəqiqə işdə


Heç olmasa 5 dəqiqə də olsa işdə hərəkət edin. İş yoldaşlarınızın otağına gedib lazım olan məlumatı verin. İşdə nahar vaxtı çalışın ofisdən bir az kənarlaşasız, gəzintilər ayaqlardakı tonusu saxlamaqla bərabər zehin açıqlığnıza da yardım edəcək. İnanın ki, bunları etməklə siz günün sonunda özünüzü yorğun, ruhsuz hiss etməyəcəksiniz.


Yenə 5 dəqiqə işdə


Hiss edirsiz ki, artıq beliniz yorulur?


Onda kiçik bir yastığı beliniz ilə kreslonun arasına qoyun. Bu belinizin yorğunluğunu azaldacaq və 8 saatlıq iş günündə belin eyni vəziyyətdə rahat qalmasına kömək edəcək. Həmçinin qamətinizi də yaxşılaşdıracaq.


5 dəqiqə televizor qarşısında


Siz televizora divanda yox, fitnes topunun üstündə baxın nə qədər yorğun olsanız belə. Belinizi topa söykəyib yüngül hərəkətlər edin. Hansı veriliş olursa olsun siz nə etdiyinizin fərqində olmayacaqsınız.

Düzdür belə hərəkətlərin effektləri televizor qarşısında az olur. Amma tənbəl olub heç nə etməməkdənsə, bunları etmək sizin üçün yaxşıdır.


Yenə 5 dəqiqə


Heç olmasa səhər və yaxud da axşam bədəninizin elastikliyi üçün DVD-də müxtəlif idman hərəkətlərinə aid CD qoyaraq həmin hərəkətləri təkrarlayın. Əgər elə bir CD - niz yoxdusa bu sizin sevdiyiniz mahnıların müşahidəsi altında da ola bilər. Unutmayın 1 dairədə olsa sizə yaxın olan idman meydançalarında qaçın, bu sizin sevimli məktəbinizin həyəti də ola bilər.


Bütün xəbərlər Facebook səhifəmizdə