A vitamini (RETINOL və KAROTIN)
Retinol maddələr mübadiləsini yaxşılaşdırır. Boy artımı prosesində fəal iştirak edir və dərini təravətləndirir. SİA-nın xəbərinə görə, bu vitamin çatmayanda dəri quruyur, səpir, tüklər tökülür, görmə qabiliyyəti zəifləyir.
Əsas mənbəyi: kök, kələm bitkilərin yaşıl hissəsi, qara ciyər, dəniz balığı, yumurta sarısı, kərə yağı, qaymaq, qatıq məhsulları v.s
B qrup vitaminlər
B1 (TIAMIN)
Bütün B vitaminləri bir-birinə bağlıdır. Siz onların birini qəbul etdikdə, başqalarına olan ehtiyacı artıracaqsınız. Bu vitamin orqanizmdə çatmayanda əsəb pozğunluğuna gətirib çıxardır.
Əsas mənbəyi: arpa, lobya, kartof, qara ciyər, qoz findıq, badam, süd v.s
B2 (RIBOFLAVIN) -dəri vitamini sayılır
Bu vitamin dərinin təmiz və hamar olması üçün çox lazımlıdır. Bu vitamin çatmayanda görmə qabiliyyəti zəiifləyir, dəridə tez-tez çivzə səpgi olur, əsəblər pozulur, həzmolma pisləşir, xronit kolit və qastrit yaranır, halsızlıq, ümumi zəiflik baş verir, orqanizmin xəstəliklərə qarşı müqavimət çox zəyifləyir.
Əsas mənbəyi: kələm, çiy noxud, göy lobya, pomidor, turp, droj, yumurta, buğda pendir v.s
B3 (NIKOTIN TURŞUSU)
Bu vitamin allergiya əlehinə işlədilir, maddələr mübadiləsini yaxşılaşdırmaq üçün əvəzsiz vasitədir, bir çox reaksiyalarda iştirak edir.
Əsas mənbəyi: ət, böyrək, qara ciyər, qatıq, göbələklər, cücərmiş buğda v.s
C vitamini (ASKORBIN TURŞUSU)
Xərçəng xəstəliyinin törədən 3 vacib səbəblərdən biri - orqanizmdə C vitaminin çatışmamasıdır. Qandakı toksin maddələri blokadaya alan C vitamini orqanizmi müxtəlif infeksiyalardan qoruyur.
Əsas mənbəyi: meyvə, göy-göyərti, şirin göy bibər, qırmızı bibər, qara qarağat, çiyələk, quzuqulağı, limon, portağal v.s
D vitamini (KALSIFEROL)
Kalsiumun orqanizm tərəfində həzm olunmasına kömək edir. Fosfor - kalsium balansını tənzimləyir. D vitamini qanın laxtalanması üçün, sümüklərin düzgün inkişaf etməsi, ürəyin normal işləməsi, həmçinin əsəb sistemi oyanmasını tənzimləmək üçün gərəkdir.
Əsas mənbəyi: Gün, bu vitamin ultrabənövşəyi şüanın təsiri altın da əmələ gəlir.
E vitamini (TOKOFEROL)
Bu vitamin ürək əzələsinin düzgün funksiyasını təmir edir, asma və diabet xəstəliklərinin müalicəsi üçün səmərəlidir.
Əsas mənbəyi: bitki yağı, yumurta, qara ciyər, qarğıdalı v.s
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB