Uşağın hərarəti varsa, nə etməli?

Uşağın bədən hərarətinin yüksək olması onun mütləq xəstələnməsi demək deyil. SİA-nın xəbərinə görə, professorların sözlərinə görə, valideyn hər şeydən əvvəl uşağın özünəməxsus bədən temperaturuna bələd olmalıdır.Uşağın temperaturu yaş, xəstəliklər, aktivlik, günün müxtəlif vaxtları, ətraf mühitin temperaturu və üzərindəki paltarlarla əlaqədar yüksək ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, temperatur çox yüksəlibsə və uzun müddət aşağı düşmürsə, bu halda uşağın xəstələnməsindən şübhələnmək lazımdır. Professorlar onu da əlavə ediblər ki, temperaturun nə qədər yüksək olması xəstəliyin ağırlığının göstəricisi deyil. Uşaqlarda tez-tez rast gəlinən sadə viruslar 39-40 dərəcə temperatura səbəb olduğu halda bəzi ciddi xəstəliklər zamanı yüksək temperatur müşahidə olunmaya bilər. 3 aya qədər yaşı olan körpələrdə normadan artıq temperatur müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır. Daha böyük uşaqlarda isə onların ümumi vəziyyətinə diqqət yetirmək lazımdır. Əgər uşaq aktivdirsə, oynayırsa, iştahası varsa, yuxu problemi ilə üzləşmirsə, qorxmağa gərək yoxdur.

Temperatur yüksək olan zaman adət halını alan bəzi tədbirlər isə əslində yanlışdır. Bu sıraya uşağın bədənini alkoqol və sirkə ilə silmək, üşüyəcəyi qorxusu ilə uşağın paltarlarını çıxartmamaq, hətta on daha çox geyindirmək, uşağa çox isti, yaxud çox soyuq maye içəcək içirtmək, soyuq duşa salmaq daxildir. Uşağa soyuq duş yerinə əslində ilıq duş gərəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə