Məşhur aktyor Tom Kruz və Katie Holmesin balaca qızı Surinin 3,2 milyon dollarlıq qarderobu var.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Glamour" jurnalının hazırladığı "Dünyanın ən yaxşı geyinən qadınları" siyahısında moda ikonu Sara Cessika Parker (Sarah Jessica Parker) və Ledi Qaqa (Lady Gaga) kimi məşhurların da yer aldığı bu reytinq cədvəlində 21-ci sırada gedən Tom Kruz və Katie Holmesin qızı Surinin 150 min dollarlıq ayaqqabı kolleksiyası olduğu ortaya çıxıb.
3,2 milyon dollarlıq qarderoba sahib olan 5 yaşlı balaca qız, "Christian Louboutin" və "Marc Jacobs" kimi məşhur markalarının geyimlərindən və aksessuarlarından istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB