Revmatizm xəstəliyinin əsas səbəbini araşdıran alimlər bu xəstəliyə stresin səbəb olduğu qənaətinə gəliblər. SİA-nın xəbərinə görə, onurğa stünunda, dizlərdə, boyunda, çiyinlərdə, bədənin əzələ olan istənilən hissəsində ağrıların yaranmasına səbəb olan revmatizm xəstəliyinin əsas səbəbini araşdıran alimlər bu xəstəliyə stresin səbəb olduğu qənaətinə gəliblər. Müalicəsi olmayan stres ilkin əlamətlərini depressiya ilə nümayiş etdirsə də daha ağır nəticələri revmatizm xəstəliyi ilə nəticələndikdə verir. Aparılan statistik araşdırmalarına görə, dünya üzrə revmatizm xəstəliyindən əziyyət çəkənlərin əksəriyyətini qadınlar təşkil edir. Xüsusən, baxımlı və təmizkar xanımların stresə məruz qalaraq
sağlamlığının revmatizm xəstəliyinə yönləndirilməsi son illər ən çox rast gəlinən hala çevrilib. Bu səbəbdən də həkimlər bu problemi yaşayan xəstələrə həkimlə yanaşı psixoloqa da müraciət etməyi məsləhət görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB