Ay niyə bəzən gündüzlərdə görünür?

Ay yalnız gecə görülə bilər deyə fikirlər yanlışdır. SİA-nın xəbərinə görə, günəşin atmosferimizdə əks olunan şüaları onları görməmizə mane olur. Atmosfer olmasaydı, səma gündüzlər də qaranlıq olardı və günəşlə birlikdə ulduzları da görə bilərdik. Ay dünyamıza çox yaxın olduğundan səmada görünüş olaraq ulduzlardan çox böyük görünür. Əgər mövqesinə görə günəşdən yaxşı işıq ala bilsə, gündüzləri də səmada rahatlıqla görünə bilər. Ayın səthi bir asfalt yol səthi kimi əks etdiricidir. Tünd rəngdədir amma tam qara da deyil. Biz səmada aya baxdığımızda yalnız onun günəşdən əks etdirdiyi işığı görürük. Günəş qədər işıq saçmır, amma yenə də səmadakı ən parlaq ulduzdan 100 min qat daha çox işıq əks etdirə bilir.


Gündüz havanın işıqlığı ulduzların parıltısını yox edir. Əslində parlaq ulduzların olduğu bölgədə səmanın parlaqlığı da bir az daha fərqlidir, amma bu fərqi çox qəbul eləmirik. Amma ayın olduğu bölgədə işıq kifayətdirsə, gecəki kimi çox parlaq olmasa da onu görə bilərik. Yəni aynadan əks olunan işığını görə bilərik.


Günəşi böyük bir lampa, ayı da böyük bir ayna olaraq düşünə bilərik. Bəzi vəziyyətlərdə lampanın işığını doğrudan görməsək belə, aynanın əks etdirdiyi işığını görə bilərik. Bu, gecələri olan vəziyyətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə