Unutqanlığa son

Beyin hüceyrələrini korladığı üçün spirtli içkilərin qəbulu zamanı bir sıra hallara diqqət yetirin, ən əsası isə günbəgün onun istifadəsini məhdudlaşdırmağa çalışın. Kifayət qədər və keyfiyyətli yuxu yatdığınızdan əmin olun. Beləcə, öyrənilənlər daha uzun müddət yaddaşınızda qalar. Xolesterol ya da yüksək təzyiq probleminiz varsa bunları idarə altına alın.

Zehininizi davamlı canlı və aktiv tutacaq fəaliyyətlər edin. Yeni bir dil öyrənin. Bol bol kitab oxuyun və oxuduqlarınız haqqında başqaları ilə söhbət edin. Sevdiyiniz şeir, mahnı və lətifələri əzbərləyin. Xəyal qurun. Yalnız özünüz oxusanız belə şeir, əhvalat və sınaqlar yazın. Məlumat yarışmalarını izləyin. Lazım olmadıqda hesab maşınından istifadə etməyin. Maraq duyduğunuz mövzularda araşdırmalar edin, yeni hobbilər əldə edin, özünüzü inkişaf etdirin. Yaşadığınız ölkə və dünya gündəmini izləyin. Özünüz ilə barışıq, həyat ilə iç-içə olun. İctimai fəaliyyətlərə və kömək işlərinə qatılın. Stressinizə nəzarət etməyi öyrənin, müəyyən nisbətdə stress motivasiyaedicidir, ancaq çoxu kortizol hormonunu artıraraq beyinin yaddaş hissələrini korlayar. Ailə bağlarınıza əhəmiyyət verin, tez-tez sevdikləriniz və yoldaşlarınız ilə bir yerə gəlin. İnsan əlaqələri qüvvətli olan kəslər daha çox xoşbəxtlik hormonu ifraz edərlər və bu da beyin funksiyaları üçün çox faydalıdır. Əsla qulaqdan dolma məlumatlarla, həkimə məsləhətləşmədən antidepresan və yuxu həbləri kimi birbaşa beynə təsir edən dərmanları istifadə etməyin. Balanslı və nizamlı bəslənin. Əsla çox aşağı kalorili diyetlər və tək tip bəslənmə proqramları tətbiq etməyin. Bütün qidalardan kifayət qədər almalısınız, xüsusilə B 12 vitamini ehtiyat edən qidalar. Hərəkətsiz bir həyat sürməyin, əzələlərinizin və sümüklərinizin itirbiyi enerjini bərpa edin. Yaşınıza və bədən quruluşunuza görə məşq edin, həftədə ən az 4 dəfə 45 dəqiqə gediş etmək həm formanızı qorumanıza kömək edər, həm də beyin hüceyrələriniz arasında güclü əlaqələr meydana gəlməsini təmin edər. Nizamlı gediş etmənin beyin sağlamlığı baxımından nə qədər əhəmiyyətli və təsirli olduğu elmi olaraq sübut edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə