İynədən qorxanlar oxusun!

İynəyə baxmaq ağrını azaldır. SİA-nın xəbərinə görə, alimlərin 18 könüllü arasında apardığı araşdırmağa əsasən, onların əllərinə tədricən artan istilik tətbiq edilib. Eksperimentə qatılanların ətrafına isə güzgü yerləşdirilib. Könüllülər bu yolla əlləri üzərində aparılan prosesi izləyib. Nəticədə bəlli olub ki, insan üzərində hər hansı proses gedəndə ona baxmaq ağrını azalda bilər.


Tədqiqatçıların sözlərinə görə, onlar adətən uşaqlara iynə vurularkən və ya qan verərkən proses aparılan yerə baxmamağı məsləhət görürlər: \"Əldə etdiyimiz nəticələr buna baxmağın duyulan ağrı hissini azaltdığını ortaya çıxarıb\".


Alimlər beyində görüntü və ağrı hissetmə şəbəkələri arasında əlaqə olduğunu düşünürlər. Onları fikrincə, bu araşdırma yeni müalicə üsullarının yaranmasına da kömək edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə