Uşaqlar niyə aqressiv olur ?

Aqressiya (latınca aggredi-hücum etmək)- zamanı digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək məqsədi olur. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün və instrumental -məqsədə çatmaq üçün 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri:


1-2 yaşda qıcıqlandırıcı amilə qarşı(iynə vurmada, tanımadığı insanların əhatəsində)


2-2,5 yaşda öz yaşıdlarına qarşı.Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir


3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır(qışqırır və ya ağlayır)


Səbəbləri


Orqanik səbəblər:

Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır.

2. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.

3. Uşağın müşahidə etdiyi aqressiv nümunə :

Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.

4. TVdəki şiddət səhnələri:

Uşağın seyr etdiyi Tv proqramları idarə altına alınmalıdır. Və ya təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır. Uşağın şiddətə məruz qalması.

6. Ailə içindəki mübahisəli mühit:

Evdəki gərginlik narahatlığa və hirsə; hirs də təcavüzkarlığa səbəb ola bilər.

7. Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması,

8. Şiddətə təhrik edən mühit:

Uşaqla lağ edilməsi kimi.

9. Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları:

Məsələn uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olar.

10. Sevgi ehtiyacının ödənilməməsi, uşağa kifayət lazımi marağın göstərilməməsi

Bütün xəbərlər Facebook səhifəmizdə