Üzü üstə yatmağın zərəri
Həkimlər üzü üstə yatmağın zərərli olduğunu bir daha sübut edib. SİA-nın xəbərinə görə, yerli mütəxəssislər bu günədək bu cür yatmağın sağlamlığa zərər olduğu haqda sübutlara daha bir yenilik əlavə ediblər. Bu qadınların eybəcərləşməsinə səbəb olur. Alimlərin bildirdiyinə görə, üzü üstə yatan xanımların sifətində dərin qırışlar əmələ gəlir. İlkin mərhələdə onlar hiss olunmasa da zaman keçdikcə özünü ciddi şəkildə büruzə verməyə başlayır. \"Yaxşısı arxası üstə yatmaqdır. Bununla həm sağlamlığı, həm də gözəlliyi qorumaq olar\", - deyə tədqiqatçılar bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə