Türkiyənin Şanlıurfa bölgəsində aparılan qazıntı işlərində çox qəribə qalıqlar tapılıb. 14 min il yaşı olan Göbəkli Təpə adlı ərazi, əslində Adəmlə Həvvanın yaşadığı yer imiş.
Həyatını buradakı qazıntılara həsr edən alman arxeoloq Klaus Schmidt bildirib ki, piramidalardan 7 min 500 il əvvəl tikilən bu yer, müqəddəs kitablarda tez-tez adıçəkilən \"cənnət bağçası\"dır. Beləliklə, Adəmlə Həvvanın gizlincə
1994-cü ildə sürüsünü otaran bir çoban bölgədə düzbucaqlı şəklində üzərində oymalar olan daşlar tapıb və onları hissə-hissə səlahiyyətlilərə aparıb. İstanbuldakı Alman Arxeologiya İnstitutunun nümayəndəsi olan Klaus Schmidt də bundan sonra bölgədə araşdırmalar aparmağa başlayıb. Bu günə qədər davam edən tədqiqatlar zamanı yerin dərin qatlarından üzərində müxtəlif fiqurlar cızılmış daşlar tapılıb. Daşların 14 min yaşı olduğunu deyən Schmidt bugün quraqlıq olan bölgənin, Adəmlə Həvvanın dövründə bərəkətli bölgə olduğunu da diqqətə çatdırıb.Schmidt qeyd edib ki, zamanla insanlar tərəfindən çirkləndirilən bölgə öz gözəlliyini itirib və cənnət yoxa çıxıb.
Alimlər də təstiq edir ki, həqiqətən də bu bölgə Adəmlə Həvvanın yaşadığı yer olub: \"Göbəkli Təpə Adəmlə Həvvanın yaşadığı yerdir. Bunu sübut edən bir sıra dəlillər də var. Məsələn, müqəddəs İncildə "cənnət bağçası"nın Suriyanın şimalında olduğu yazılıb. Göbəkli Təpə də burada yerləşir. Eyni zamanda, kitabda qeyd olunub ki, \"cənnət bağçası\" 4 çayın əhatəsindədir, bunlardan ikisi Dəclə və Fərat çaylarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB