Bu ağac Musa peyğəmbərin əsasıdır?

Bu ağac Musa peyğəmbərin əsasıdır?

Bu ağac Musa peyğəmbərin əsasından yaranıb.

\"\"

Türkiyənin Hatay bölgəsində Xızırbəy kəndindəki bu ağacın 1600 yaşı var. Lakin bu ağacı fərqləndirən yalnız yaşı deyil. Belə ki, ağacın Hz. Musanın əsası olduğu bildirilir. SİA bütün bölgə sakinləri tərəfindən ehtiram və hörmətlə yanaşılan ağacın hekayəsini təqdim edir:

\"\"

Əsrlər əvvəl Musa peyğəmbərlə Xızır peyğəmbər Xızırbəy kəndinin dəniz kənarındakı qayalıqlarda görüşər, bir qədər söhbət etdikdən sonra birlikdə dağa çıxarlarmış. Dağda gəzən peyğəmbərlər bir dərənin kənarına yaxınlaşırlar. Bu vaxt dərədən su içmək istəyən Hz. Musa əsasını dərənin yanındakı bir daşa söykəyir. Peyğəmbər suyunu içib üzünü çevirəndə əsasının yerində yaşıllaşmış pöhrəli ağac görür. Peyğəmbərlər ağaca toxunmadan dağdan enib yollarına davam edərlər...

\"\"

O gündən bu günə, həmin ağac bütün bölgə sakinləri tərəfindən ziyarətgah kimi tanınır. İnsanlar ağacı ziyarət edərək dilək tutub, dua oxuyurlar.

\"\"

Eyni zamanda dövlət tərəfindən tarixi abidə kimi mühafizə olunan ağacın içərisində 5 metr diametrində oyuq var. Bu oyuğa 5 adam rahatlıqla girə bilir. Ağacın eni 20 metr, hündürlüyü isə 16.50 metrdir. 1600 yaşlı ağac hələ də canlılığını qoruyur və hər il çiçək açır.

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə