Xalı olmayan adam yoxdur. Bəzi inanclara görə, hər bir insan bədənində xarakteri, maraqları və taleyi ilə bağlı vacib informasiyanı daşıyan ləkələr gəzdirir. SİA-nın xəbərinə görə, iri xalların insanın taleyinə təsiri də böyükdür. Xırda xallar isə heç bir əhəmiyyət kəsb etmir. Ağızın içində, dildə də xala rast gəlmək olar. Tibb elminə görə, ləkələr və xallar dərinin inkişafının anadangəlmə qüsuru və ya həyat boyu əldə edilən xoşxassəli şişdir. Xallar müxtəlif forma və ölçülərdə olur. Onlar həmçinin qəhvəyi, çəhrayı, göy və qara rənglələ görə də fərqlənirlər. Göyə çalan tüklə örtülmüş xallar qədim dövrlərdə şeytan əməli sayılırdı.Orta əsrlərdə belə xalları olan qadınlar tonqalda yandırılırdı. Həkimlər indiyə qədər də xalların yaranma səbəblərini izah edə bilmirlər. Xallarla bağlı problemlər isə dünyanın bütün alimlərini düşündürür. Xallar arasında ən zərərsizi yastı - dəridaxili xallardır. Onlar əzilmir və heç bir problem yaratmırlar. Belə xalları yalnız günəş şüalarından qorumaq lazımdır.Qabarıq, dəriüstü xallara isə daha diqqətlə yanaşmaq lazımdır. Geyimin belə xallara sürtülməsi nəticəsində müxtəlif fəsadlar yaranır. Əgər xalda dəyişiklik ortaya çıxarsa -formasını, rəngini dəyişərsə, qaşınarsa, qanaxma baş verərsə, mütləq mütəxəssislərə müraciət etmək lazımdır.Mütəxəssislər qabarıq xallar problem yaratdığı təqdirdə onu kəsdirməyi məsləhət görürlər. Bəzən insanlar belə xallardan ev şəraitində ipək sap vasitəsi ilə xilas olmaq istəyirlər. Bu, qətiyyən yolverilməzdir. İnsanlar bir qayda olaraq, xal ləkələrini formasına və yerləşməsinə görə, mənalandırırlar. Əksəriyyətin fikrincə, sifətdəki xallar xüsusi məna kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə