Necə xoşbəxt olmaq olar?
1- Dostlarınızın yanında özünüzə hörmət qazanın.
2- Tez-tez əldə etdiyiniz uğurları yadınıza salın.

3- Tez-tez öz-özunüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var.

4- Çalışın ki, yuxunuz gəlmədən yatağa girməyin. Səhər yerinizdən qalxmadan öncə o tərəfə bu tərəfə dönəsiniz.

5- Boş vaxtınız olan kimi istirahət etməyə çalışın. İstirahətin növündən asılı olmayaraq.

6- Tez-tez vanna qəbul edin.

7- Yatmazdan əvvəl balla süd için.

8- Otağınıza müxtəlif rəngli şəkillər və təqvim asın.
9- Çalışın ki, açıq rəngli paltar geyinin.

10- Əgər imkan varsa evdə it və ya pişik saxlayın.
11- Yaxşı olar ki, axşam musiqi dinləyəsiniz.

12- Əgər gün ərzində hansısa bir xoşagəlməz hadisə ilə rastlaşmısınızsa hadisəni unutmağa çalışın.

13- Sizin xətrinizə dəyiblərsə ağlayın. Psixoloji tədqiqatlar göstərir ki, kişilərin 73, qadınların isə 85 faizi ağlamaqla yüngülləşə bilər.

14- Ən sonda isə ümumi bir ressepti unutmayın: Gün ərzində 30 dəfə "Mən xoşbəxtəm" deyən insan hətta ən pis şəraitdə olsa belə özünü xoşbəxt hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə