Qədim misirlilər mirvarilərə özləri ilə birlikdə dəfn edilə biləcək qədər böyük dəyər veriblər. SİA-nın xəbərinə görə, qədim Romada mirvarilər zənginliyin simvolu kimi qəbul olunub. Yunanlar isə gözəlliyi, sevgi və evliliyi ifadə etdiyinə görə mirvarini çox dəyərləndiriblər. Əsrlər əvvəl zadəganlar döyüşə gedərkən özləri ilə mirvari aparıblar. Çünki onlar mirvarinin özlərini zədədən qoruduğuna inanıblar. Romada yalnız müəyyən rütbəyə malik insanların mirvari taxmasına icazə verilib.
\"Ayın gözyaşları\" olaraq da adlandırılan mirvari, cənnətin buludlarından keçən mələklərin izlərinə bənzədilib. Qədimdə bir çox xalqların mədəniyyətində mirvarinin ürək və bir çox xəstəliklərə qarşı müalicəvi əhəmiyyətinin olduğuna inanıblar.
Hansı rəng mirvari nəyi simvolizə edir?
Bəyaz mirvari: Sağlamlığı
Krem rəngli mirvari: Xoşbəxtliyi
Açıq çəhrayı mirvari: Sevgini
Bənövşəyi mirvari: Sərvəti
Qara mirvari: Müdrikliyi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB