Pul adamı xoşbəxt edə bilər?
Pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox, başqalarına xərcləməyi xoşlayırlar. Araşdırmalara görə, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər. Az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər. Sosial elmlər üzrə mütəxəssislər deyirlər ki, pul özlüyündə adamı xoşbəxt etmir. Lotereyada çoxlu pul udan adamlar udmayanlardan xoşbəxt olmurlar. Çünki çoxlu pul udanlar adi hadisələrdən o biri adamlar qədər zövq ala bilmirlər. Amma son vaxtlar lotereya qalibləri ilə aparılan araşdırmalar reaksiyanın fərqli olduğunu göstərib. Uduşlu lotereya sahibləri həm daha varlı, həm də daha xoşbəxt olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə