Şən və təbəssümlü insanların sirri

Şən və təbəssümlü insanların sirri
Alimlər araşdırıblar ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. SİA-nın xəbərinə görə, hesablamalar göstərib ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır. Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir. Odur ki, çalışın daha çox gülümsəyin və həyatda heç nəyin sizi üzməsinə izin verməyin.



Bütün xəbərlər Facebook səhifəmizdə