Balaca cihazlardan azad olaq

Bir yerə gedərkən yanımızdan əskik etmədiyimiz bu kiçik cihazlar, əslində bizə zərərmi verirlər? SİA-nın xəbərinə görə, aparılan yeni araşdırmalar da MP3 radioların gənclərdə böyük nisbətdə eşitmə probleminə yol aça biləcəyini göstərib. Araşdırmaya görə, yetkin yaşlardakı eşitmə problemləri keçən 15 ilə nəzərən böyük nisbətdə artmış vəziyyətdədir. Buna hadisəyə isə musiqinin səbəb ola biləcəyi düşünülür. Araşdırmaçılar 12 ilə 19 yaş arasındakı gənclərin üzərində araşdırma apararaq hər beş gəncdən bir dənəsinin eşitmə problemi yaşadığını, hər iyirmi gəncdən bir dənəsinin də orta dərəcə eşitmə problemi yaşadığını ifadə edib.


Həkimlər gənc yaşlardakı eşitmə pozuqluqlarının çoxunu, yüksək səsdə musiqi dinləmə və gənclərin bu mövzuda heç bir tədbir almamaları meydana gətirirdiyini bildiriblər.


Qeyd edək ki, eşitmə pozuqluqlarının yetkin yaşlardakı qızlardan çox, kişilərdə olduğu istiqamətində olması olub.


Bütün xəbərlər Facebook səhifəmizdə