Məzuniyyət niyə vacibdir?

Hər dəfə yay gələndə ilk növbədə məzuniyyət haqqında düşünürük. Harda və necə dincəlmək haqqında daha çox düşünürük. Çoxları fikirləşir ki, məzuniyyət çox yaxşıdır. SİA məzuniyyətin vacibliyi səbəblərini sizlərə təqdim edir:

Dünyanın tanınmış tibb mütəxəssisləri məzuniyyət üzrə təcrübələri haqqında belə deyib:

- məzuniyyətə çıxmadan uzun müddət işləmək insanda immuniteti zəiflədir

- məzuniyyətsiz işləmək insanın psixikasına təsir edir

- məzuniyyətə çıxmayan işçilərdə aqressivlik hiss olunur

- istirahətsiz işləyən insanlar çox vaxt yuxusuzluqdan şikayət edir

Nəhayət , həkimlərin məsləhətinə görə, hər bir işçi 62 iş günündən sonra hökmən istirahət etməlidir.

Beləliklə, yaxşı işləməyin təməli yaxşı istirahətlə qoyulur. Səmərəli işləyin ki, səmərəli də istirahət edə biləsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə