Qadınların qocalığı hansı yaşda başlayır?

Qadınların qocalığı hansı yaşda başlayır?

Aparılan araşdırmalar zamanı kişilərlə qadınların özlərini nə zaman qoca hiss etməyə başladıqları müəyyənləşib. SİA-nın xəbərinə alimlər müəyyənləşdiriblər ki, kişilər 58, qadınlar isə artıq 29 yaşda özlərini qoca hiss etməyə başlayırlar. Zərif cins mənsublarının təxminən 25 faizi saçlarında ilk ağ tükü görəndə özlərini qoca hiss etməyə başlayırlar. Kişilər isə yaşlandıqlarını yalnız yataqda problemləri başlayanda hiss edirlər. Belə fərq yalnız cinsi mənsubluq yox, həm də cəmiyyətdə gənclik və gözəlliklə bağlı təsəvvürlərlə bağlıdır. Müsair qadın kinematoqraf və kütləvi informasiya vasitələrinin formalaşdırdığı ideala uyğun olmadığını düşünəndə artıq qocaldığını düşünür. Kişilər isə 60 yaşlarına qədər qocaldıqlarını sanmırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə