Uşağın nəzərləri ilə onun dünyası nə rəngdədir?

Uşağın nəzərləri ilə onun dünyası nə rəngdədir?

Uşaqların rəngləri qəbul etmə prinsipi böyüklərdən çox fərqlənir. SİA-nın xəbərinə görə, onlarda palitra yaş keçdikcə genişlənir və dəyişir. Yeni doğulmuş körpə dünyanı ağ-qara görür. Lakin bu heç də Adamslar ailəsinə oxşayıb qara beşik, cansıxıcı, boz oyuncaqlar, bələklər, uşaq geyimləri almağınıza şərait yaratmır. Çünki təxminən 6 həftə sonra vəziyyət dəyişəcək. İlk olaraq körpələr qırmızı rəngi seçməyə başlayacaqlar, daha sonra digər parlaq rəngləri görməyə başlayırlar: məsələn: sarı. Parlaq rənglər uşaqları maqnit kimi cəlb edir. Körpələr rənglərin adını öyrənməmişdən çox əvvəl onları seçməyi bacarırlar.

2-5 yaş arasındakı uşaq rənglərin adını öyrənməyə başlayır. Həmçinin qızlar rənglərin adını oğlanlara nisbətən tez öyrənir.

Yaşıl günəş, qırmızı ot

İlk olaraq körpələr müxtəlif assosiasiyalara əsasən rəngləri qəbul edirlər. Məsələn: sarı - günəş, limon, banan, yaşıl - ot, yarpaq, qırmızı - pomidor, göy - səma, qəhvəyi - ayı. Əgər körpəyə göstərilən əşya adət olmayan rəngdədirsə o zaman uşaq onu başqa əşya kimi qəbul edəcək. Məsələn: hər hansı şəkildə günəş yaşıl və ya çay sarı olsa bu ona gülməli gələcək. Əksinə şəkildəkiləri tanıyan zaman zövq alacaq və sevinəcəklər.

On yaşa qədər uşaqların sevimli rəngləri qırmızı, çəhrayı və sarıdır. On yaşdan sonra isə göy rəngə üstünlük verirlər. Qızlar adətən çəhrayı, mavi və bənövşəyi rəngi, oğlan uşaqları isə tünd çalarlarları xoşlayırlar.

Əgər uşağa paltarın və otağın dizaynında rəng seçiminə icazə versəniz, o daha sərbəst böyüyəcək.

Parlaqlıq daha yaxşıdır

Uşaqlar çoxlu rəng çalarlarını ayırmağa başladıqda onlarda rəngli qələmlərə meyl olur. Qələmlərdə rəng çaları nə qədər çox olsa bir o qədər yaxşıdır. Buna görə də uşaqlar parlaq ərzaqlara üstünlük verirlər. Saqqız, yoqurt, tort üzərindəki süni krem-gülləri çox sevirlər. Uşaqlar qeyri-təbii rənglərə - parlaq bənövşəyi, sarı, salat və moruq rənglərini xoşlayırlar. Xüsusən də, parlayan, sayrışan, metal və sədəf rəngi, işıldayan boyalar və s.

Yeniyetməlik dövründə parlaq rənglərə ehtiras itmir. Rəngli saç broşları, dırnaq boyaları yenə də cəlbedici görünür. Buna görə də rəngli qazlı sular (fanta, mirinda və.s), saqqızlar onlar üçün nəzərdə tutulub.

Əgər günlərin bir günü görsəniz ki, parlaq rənglər onun üçün dəbdən düşmüş sayılır, bu o deməkdir ki, körpəniz artıq böyüyüb

Bütün xəbərlər Facebook səhifəmizdə