Uşaqlar və milyonlar və ya dünyanın ən varlı 8 yeniyetməsi-FOTOSESSİYA

Uşaqlar və milyonlar və ya dünyanın ən varlı 8 yeniyetməsi-FOTOSESSİYA
SİA dünyanın milyonlara sahib 8 yeniyetməsinin adını təqdim edir:
Aleks Perri, 19 yaş
Gənc Aleks 2009-cu ildə Milli Britaniya Lotoreyasında 6,5 milyon funt (10,7 dollar) udub. Udması barədə eşidən kimi Aleks maşın almağa pul toplamaq üçün çalışdığı iki iş yerindən çıxıb.

Mark İndelikato, 15 yaş

"Çirkin Betti" serial ının çəkilişlərindən Mark mövsüm üçün 460 min dollar qazanıb. Jurnalistlərin yazdığına görə, buna baxmayaraq gənc həftə ərzində yalnız 50 dollar xərcləyir. Bunlar da əsasən video oyunlar, fastfudvə sızanaqlardan qurtulma vasitələri üçün sərf edilir. Buna görə də 2010-cu ildə hətta serialın başa çatmasından sonra da İndelikato ən varlı uşaqlardan biri olaraq qalır.

Castin Biber, 17 yaş

Onu nahaq yerə "Kanada möcüzəsi" adlandırmırlar. Onun ABŞ-da çıxan ilk albomu ən çox dinlənilən, o cümlədən "Baby" sinqlına çəkilmiş klipi hələ də ən çox izlənilən və müzakirə edilən klip hesab olunur. "Forbes" jurnalının yazdığına görə, Biber dünyada ən məşhur insanlar siyahısında 24-cü yerdə durur və onun sərvəti 54 milyon dollardır.

Kira Plastinina, 19 yaş

"Kira Plastinina" ticarət brendinin yaradıcısı kimi bir neçə il bundan öncə"KP stil" şirkətinin baş direktoru Sergey Platsinin çıxış edib. Hazırda brendin mağazaları təkcə Rusiyada deyil, o cümlədən Qazaxıstan, Belarus, ABŞ, Çin, İtaliya və Böyük Britaniyada fəaliyyət göstərir. Malların əsas alıcıları 15-25 yaş arası qızlardır.

Ebiqeyl Breslin, 15 yaş

6 yaşında Breslin Mel Gibson kimi məşhur aktyorla "Əlamətlər" filminə çəkilib. 10 yaşında o ilk milyonunu və "Balaca mis xoşbəxtlik" dramındakı roluna görə, "Oskar"mükafatını qazanıb. Hazırda Breslinin orta qonorarı 3 milyon dollardır və onun sərvəti 12 milyon dollar təşkil edir.

Anqus T. Cons, 17 yaş

Anqusun valideynləri onun 4 yaşı olduğu gündən etibarən nahaq yerə Amerika teleolimpinə hücum etməyiblər. Hazırda onların cəhdləri oğullarının "2,5 adam" serialından mövsüm üçün qazandığı 1,2 milyon dollar qonorarı ilə kifayət qədər ödənilib. Serial ABŞ-da çox böyük məşhurluq qazanıb və artıq 9 ildir ki, efirdədir.

Dakota Fanninq, 17 yaş

Fannininqin hesabına təxminən kino və televiziyada çəkilmiş 40-a yaxın rol yazılıb. O dünyaca məşhur Tom Kruz, Şon Pen, Culya Roberts kimi məşhurlarla artıq 13 yaşında rollara çəkilib. Gələn il gənc, 17 yaşlı aktrisanın iştirakı ilə 4 film ekran üzü görəcək.

Mayli Sayrus, 18 yaş

Hələ yetkinlik yaşına çatmamışdan Mayli atası - musiqiçi və ifaçı Billi Rey Sayrusa nisbətən daha çox qazanırdı. "Hanna Montana" serialındakı rolu onu dünyadakı bütün yeniyetmələrin kumiri etdi. 2008-ci ildə onun sərvəti 2,5 milyon dollar hesablanır.

Bütün xəbərlər Facebook səhifəmizdə