Səyahət zamanı bel və boyun ağrılarından necə qurtulmaq olar?

...Bel və boyun-yaxası nahiyəsində ağrılar fiziki məşqlər və gimnastika ilə aradan qaldırıla bilər.

SİA-nın məlumatına görə, bunu bu sahə üzrə mütəxxəsis deyir.

İstər təyyarə, istər qatar, istərsə də avtomobillə səyahət edənlər arasında bir çox insan bu bölgələrdə narahatlıq və ağrı yaşayır.

Tez-tez səyahət edərkən, mütəmadi olaraq gimnastika, bel əzələlərini gücləndirən MFR (miyofasiyal sərbəst buraxılması -A.B.) məşqləri, həmçinin dartınma ilə məşğul olmağı unutmayın. Həkimin sözlərinə görə, bunlar, ən azı, əyilmə, Pilates, yoqa elementləri və rollerdən istifadədir.

Səyahət zamanı idman etmək vacibdir. Məsələn, qatar səfəri 25-30 saat çəkisə, mütləq vaqonda gəzmək, bəzi məşqlər etmək və mümkün qədər ayaq üstə olmaq, dayanıb pəncərədən baxmaq lazımdır. Bu ağrıları aradan qaldıracaq.

Təyyarə uçuşu zamanı boyun-yaxası nahiyəsində narahatlıq və ağrı yarana bilər. Üç saatlıq səfərdə belə, özünüzlə başınızın altına qoyulmuş xüsusi bir yastıq götürməlisiniz. Həm də hər 30-40 dəqiqədən bir qalxıb bir az gəzmək, yüngül isinmə hərəkətləri etmək lazımdır.

Ən çətin səyahət avtomobillə həyata keçirilir. Belə olan halda hər üç saatdan bir 15 dəqiqə dayanıb çay içə, gəzə, idman edə bilərsiniz.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə