Azərbaycanda "Meymun çiçəyi" virusu yayıldı? - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ
""Meymun çiçəyi" xəstəliyi bizim ölkədə və eyni zamanda qardaş adlandırdığımız Türkiyədə də aşkar edilməyib". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, ilkin olaraq bu xəstəlikdən qorunmaq üçün xəstə olan insanlardan uzaq durmaq lazımdır: "Həmçinin xəstəlik aşkar edilmiş ölkələrə xüsusilə də Afrika ölkələrinə səyahət etmiş insanlar nəzarətə götürülməlidir. Həmin insanlar ən azı 3 həftə nəzarətdə olmalıdır. Çünki o insanlarda yoluxma riski ola bilər. Bununla da əlaqədar olaraq həmin insanlarla münasibətdə olmamaq daha məqsədəuyğundur. Bu xəstəlik gedərək artarsa onu lokalaşdırmaq lazımdır. "Meymun çiçəyi" xəstəliyinin qarşısını almaq üçün peyvənd mövcuddur. Xəstəlik geniş vüsət alarsa peyvənd olunaraq qorunmaq olar. Ona görə ki, zamanında çiçək xəstəliyinin də qarşısı peyvəndlə alınaraq, nəsli kəsilmişdir. Bunlardan əlavə olaraq insanlar özlərində temperatur yüksəkliyi, baş ağrısı və bədənin də suçiçəyinə bənzər səpkilər müşahidə edərsə mütləq həkimə müraciət etməlidirlər. Zamanında tətbiq edilmiş müdaxilə xəstənin həyatını qurtarmaqla, digər insanlara bu xəstəliyi keçirməyin də qarşısını alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB