Bu arada Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyada meymun xəstəliyinin yayılma riskini orta dərəcədə qiymətləndirir, lakin vəziyyətin daha da pisləşə biləcəyini də istisna etmir.
SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
ÜST-nin bəyanatında deyilir: "Qlobal səviyyədə ümumi ictimai sağlamlıq riski hal-hazırda orta səviyyədə qiymətləndirilir, çünki bu, ilk dəfədir ki, meymuna yoluxma halları və qrupları Ümumdünya Səhiyyə Təşkilatının bir-birindən çox fərqli coğrafi ərazilərində eyni vaxtda qeydə alınır".
O da göstərilir ki, yoluxma halları əsasən eyni cinsdən olan kişilər arasında qeydə alınır. Bundan əlavə, bir çox sporadik halların qəfil görünüşü və geniş coğrafi əhatə dairəsi onu göstərir ki, insandan insana geniş yayılmış ötürülmə artıq baş verir və virus həftələr və ya daha uzun müddət ərzində aşkar edilmədən yayıla bilər.
Bununla belə, təşkilat hesab edir ki, meymun çiçəyi ilə əlaqəli ictimai sağlamlıq riski, əgər virus özünü insan patogeni kimi təsdiqləmək fürsətindən istifadə edərsə, arta bilər.
Qeyd edək ki, meymun çiçəyi ilk dəfə 2022-ci ildə İngiltərədə Nigeriyaya səyahət edən iki nəfərdə aşkarlanıb. Xəstəliyin epidemiyası 2017-ci ildə baş verib.
Xatırladaq ki, meymun çiçəyi nadir bir virusdur. Su çiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, başağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB