Meymun çiçəyi Meksikaya “gəlib”?

Meksikanın səhiyyə nazirinin müavini Hüqo Lopez-Qatell ölkədə meymun çiçəyi infeksiyasına ilk idxal halının təsdiqləndiyini bildirib.

Onun sözlərinə görə, bu, Nyu-Yorkda daimi yaşayan 50 yaşlı bir kişidir və ehtimal ki, Hollandiyada yoluxmuşdur. O, hazırda Mexikodadır. Xoşbəxtlikdən onun vəziyyəti stabildir, o, profilaktik təcrid olunur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS idarənin nümayəndəsinə istinadən xəbər verir.

Meymun çiçəyi nadir viral xəstəlikdir və əsasən vəhşi heyvanlardan (gəmiricilər, primatlar) insanlara ötürülür. Simptomlara qızdırma, baş ağrısı, əzələ və bel ağrısı, şişkin limfa düyünləri, titrəmə və yorğunluq daxildir. Dəri səpgiləri üzdə və bədənin digər hissələrində də görünə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymun çiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1 ilə 10 faiz arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə