MGH-də “Əl gigiyenası“ mövzusunda təlim keçirilib - FOTOLAR

23 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında böyük tibb bacıları, orta və kiçik tibb işçiləri üçün “Əl gigiyenası“ mövzusunda təlim keçirilib. SİA xəbər verir ki, təlimi Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov və Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya İctimai Birliyinin həkimi Əli Ələkbərov aparıblar.

“Xəstəxanadaxili infeksiyalarla mübarizə tədbirləri” mövzusunda çıxış edən Dr.Əli Əkbərov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən xəstəxanadaxili infeksiyaların yayılmasının 50%-ə qədəri əllərin payına düşür. Belə ki, xəstəxana daxilində infeksiyalar əsasən qapı tutacaqları, elektirik düymələri, telefon dəstəyi, tonometr, tibbi xərək, xəstə arabaları, termometrlər və xəstənin əşyalarına toxunmaq kimi üsullar vasitəsilə keçə bilir. Bu baxımdan sadəcə əl gigyenasına əməl etməklə nozokomial infeksiyaların qarşısını almaq mümkün olur. Əl gigyenasına əlyuma, əl antiseptikləri ilə ovalama və tibbi əlcəklər daxildir.

Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov əlyumanın növləri olan: sosial əlyuma, gigiyenik əlyuma və cərrahi əlyuma, əlyuma zamanı diqqətdən qaçırılan sahələr haqqında ətraflı danışıb. Qeyd edək ki, əlyuma üçün ideal vaxt 30 saniyyə, əl antiseptiki ilə ovalama quruyana qədər və cərrahi əlyuma isə 2-6 dəqiqədir. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə infeksion xəstəliklər səbəbindən ildə bir milyon uşaq həlak olur. Sədəcə qaydalara uyğun olaraq düzgün əlyuma vasitəsi ilə bunun qarşısını almaq mümkündür.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyası tərəfindən hazırlanmış proqram əsasında infeksiyaların qarşısının alınması mövzusu ilə bağlı ayda iki dəfə müxtəlif təlimərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə