25 May - Ümumdünya Qalxanabənzər Vəzi Günüdür

2009-cu ildən etibarən hər il mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. SİA xəbər verir ki, bu gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildə təsis olunub. Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanıb. Bu günün qeyd edilməsində əsas məqsəd alimlərin, tibb işçilərinin və ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Bildiyimiz kimi, yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, tibb işçiləri qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal surətdə artması, həm də kəskin azalması orqanizmin normal fəaliyyətinin pozulmasına səbəb olur. Statistikaya əsasən, dünya əhalisinin üçdə biri bu orqanın fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir.

Mərkəzi Gömrük Hosptalının Poliklinika şöbəsinin yüksəkixtisaslı endokrinoloqları: Dr.Şəbnəm Əlirzayeva və Dr.Naidə Novruzova bu gün xüsusi gücləndirilmiş iş rejimində çalışırlar. Belə ki, bu xəstəliklə mübarizənin təbliğatı ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirilir, xəstəlik barədə, müalicə olunmadıqda onun yaratdığı fəsadlar barədə əhali məlumatlandırılır. İnsanlar maariflənərək özlərində hiss etdikləri əlamətlər barədə həkimlrə üz tutaraq, müayinələrdən keçirlər və vaxtında qoyulan diaqnoz xəstəyə daha tez sağalmağa imkan verir.

Dr.Şəbnəm Əlirzayevanın pasiyenti Nadir Eyvazov bildirir ki, qalxanvari vəzi xəstəliyi ilə bağlı ildə bir dəfə müayinədən keçir. Bu müntəzəm müayinələrin keçirilməsində məqsəd xəstəliyin qarşısının vaxtında alınması, müalicə yolu ilə xəstəlikdən qurtulmaq və fəsadların baş verməsinin qarşısını almaqdır. Pasiyent həm tireoid analizləri paketini verib, həm həkim müayinəsindən keçib, çox şaddır ki, xəstəlik müəyyən edilməyib.

Dr.Naidə Novruzovanın pasiyenti Mahmud Əliyevin sözlərinə görə, o, bu xəstəliyin təbliğatı ilə bağlı “AZƏRTAC” saytından oxuyub və analiz verməyi qərara alıb. Analizlərin nəticədində onda bu xəstəliyin olduğu aşkar edilib, həkim onu müayinə edərək dərhal müalicəyə başlamağı tövsiyə edib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında endokrinoloqların müayinəsi və tireoid paketi barədə ətraflı məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə