Bu xəstəlik virusuna yoluxma idarə olunan səviyyədədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlər bəzi ölkələrdə müşahidə edilən meymunçiçəyi virusuna yoluxma hallarının idarə oluna bilən səviyyədə olduğunu açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ÜST-nin ekspertlərindən epidemioloq Mariya Van Kerkhove ictimaiyyətin virusla bağlı suallarını cavablandırarkən “Məqsədimiz virusun insandan insana keçməsinin qarşısını almaqdır” deyib.

ÜST rəsmilərindən Rosamund Lyuis bildirib ki, virusun mutasiyaya uğraması ilə bağlı onlarda məlumat yoxdur, lakin virus dəyişməyə meyillidir. Bildirib ki, indiyə qədər əldə edilən məlumatlara əsasən, çiçək vaksini meymunçiçəyi virusuna qarşı 85 faiz təsirlidir. Lyuis, hər kəsin meymunçiçəyi vaksini vurdurmasına ehtiyac olmadığını da bildirib. Normalda yalnız Afrika ölkələrində rast gəlinən meymunçiçəyi virusuna son vaxtlar Şimali Amerika və Avropa ölkələrində 100-dən çox insanda rast gəlinib.

Böyük Britaniyada meymunçiçəyi virusuna yoluxanların sayı 36 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə