“COVID-19” virusu hələ uzun müddət bizimlədir...

“Rospotrebnadzor”un rəhbəri Anna Popova Rusiyada koronavirus pandemiyasının yaxın gələcəkdə bitəcəyinə ümid etdir, lakin maraqlıdır ki, o da başqaları kimi, COVID-19-un özünün keçib gedəcəyinə inanmır.

SİA bu barədə “rambler”ə istinad edir.

“...Ümid edirik ki, COVID-19 pandemiyası başa çatacaq”. – deyən Popova rəhbəri olduğu təşkilatın da buna ümidli olduğunu gizlətməyib.

“...Amma etiraf edilməlidir ki, virus... qalacaq, gizlətmək lazım deyil, virus elə bu gün də mövcuddur. Bu gün bizi görən, eşidənlərin bəzilərinin xəstə dostları, qohumları var. Ona görə də virusun yox olacağını söyləmək olmaz”.

Bu da Popovanın etirafıdır.

O koronavirusun Rusiyada “əbədi olmasa da, uzun müddət” qalacağına əmindir.

Qeyd edək ki, bir müddət bundan əvvəl “FAN”, “Rospotrebnadzor”un bəyanatına istinadən, Rusiyadakı uşaq düşərgələrində bütün anti-COVID məhdudiyyətlərinin ləğv edildiyini elan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...