Teymur Musayev Ankarada Fahrettin Koca ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev Ankarada türkiyəli həmkarı Fahrettin Koca ilə görüşüb.

SİA-nın məlumatına görə, Teymur Musayev görüş zamanı qeyd edib ki, bu gün səhiyyə nazirliklərimiz arasında imzalanacaq 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi bütünlükdə ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacaq.

"Səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulması müasir Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərinə təsadüf edir. Hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə keçir və tədris olunan onlayn dərslərdə iştirak edir. Azərbaycan səhiyyə sisteminin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet tapşırıqlardan biridir. Türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz və görüşlərimiz olub, dəstəyinizi hiss edirik", - deyə T.Musayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...