Gömrük Hospitalı artıq gömrükçülərə və əhaliyə yenidən tibbi xidmət göstərir
Mərkəzi Gömrük Hospitalı 11 aprel 2022-ci il tarixindən etibarən gömrükçülərə və əhaliyə yenidən tibbi xidmət göstərir. SİA xəbər verir ki, həkim qəbuluna qeydiyyat əsasında yazılmaq olar. Ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.
Mərkəzi Gömrük Hospitalı peşəkar və təcrübəli heyəti ilə gömrük işçilərinə və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır. Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsi vasitəsilə tibbi xidmətlər haqqında ətraflı məlumat almaq və həkimlərin qəbuluna onlayn formatda yazılmaq mümkündür. İnternet səhifənin linkini Sizə təqdim edirik: https://customshospital.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB