Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 6-da 41 nəfər dünyasını dəyişib.

Bir gündə 220 min 536 test edilib. Gündəlik yoluxma sayı 10.314-dür.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 14.332-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 147 min 731-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə