Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 21-də 80 nəfər dünyasını dəyişib.

Bir gündə 281 min 242 test edilib. Gündəlik yoluxma sayı 14.933-dür.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 18. 537-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 503 min 50-yə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə