Norveç koronavirusla bağlı məhdudiyyətlərin əksəriyyətini ləğv etdi

Norveçin Baş naziri mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib...

Norveç hökuməti fevralın 12-dən koronavirusla bağlı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin əksəriyyətini ləğv etdi.

SİA-nın əldə etdiyi məlumata görə, Norveçin Baş naziri mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib: “Biz praktiki olaraq bütün məhdudiyyətləri, o cümlədən təhlükəsiz məsafə, tibbi maska və izolyasiya barədə tələbləri də ləğv edirik. “Omikron” ştamına yoluxma zamanı xəstəliyin yüngül keçməsi, insanların vaksinasiya olunması səbəbindən pandemiya əhalinin böyük əksəriyyətinin sağlamlığına təhlükə yaratmır”.

Ölkənin Nazirlər Kabinetindən bildiriblər ki, ölkəyə girişlə bağlı qeydiyyat da ləğv olunur. Lakin səfərdən əvvəl və ölkədən çıxarkən koronavirus testi vermək tələbi hələlik qüvvədə qalır. Arxipelaq həmçinin xarici çarter reysləri üçün bağlıdır.

Qeyd edək ki, Norveçdə indiyədək 12 yaşdan yuxarı sakinlərin 70 faizindən çoxu “Covid-19” əleyhinə peyvəndlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə