Dünyada koronavirusdan ölənlərin sayı 6 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxanları sayı 405 milyona yaxınlaşıb, ölənlərin sayı isə 5,78 milyonu ötüb.

SİA xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.

Bildirilir ki, son sutka ərzində koronavirusa 2 473 605 yoluxma halı və 12 788 ölüm halı qeydə alınıb.

Pandemiya başlayandan koronavirusa 404 910 528 nəfər yoluxub. Onlardan 5 783 776 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır. Hazırda yoluxanların və ölənlərin sayında görə "liderliyi" ABŞ qoruyub saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə