Belçika koronavirus məhdudiyyətlərini yumşaldır

Gələn həftədən Belçika hakimiyyəti COVID-19 ilə mübarizə tədbirlərini yumşaldacaq və xüsusən də restoran və barların vaxt məhdudiyyəti olmadan işləməsinə icazə verəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, baş nazir Aleksandr de Kronun sözlərinə görə, bir masada otura biləcək insanların sayında da məhdudiyyət qoyulmayacaq

Fevralın 19-dan etibarən epidemioloji təhlükənin rəng səviyyəsi ən yüksək qırmızıdan narıncıya endiriləcək. Həmçinin bar və restoranlarda maska ​​taxma tələbi ləğv olunacaq. Açıq havada keçirilən tədbirlər, o cümlədən konsertlər daha yumşaq şəraitdə baş tutacaq.

Bundan əvvəl bir sıra Avropa ölkələrində, o cümlədən Böyük Britaniya, Fransa və İspaniyada virusa qarşı məhdudiyyətlərin ləğv edildiyini və ya qismən ləğv edildiyi bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə