“Johnson&Johnson” şirkəti koronavirus peyvəndinin istehsalını dayandırıb.
SİA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Hollandiyanın Leyden şəhərindəki zavodunu bağlayıb.
İstehsalın dayandırılması müvəqqətidir. Yaranan fasilədən sonra zavod işini davam etdirəcək.
İstehsalın dayandırılması səbəbindən vaksinin tədarükü bir neçə milyon doza azaldıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB