SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə dünya üzrə 352 796 704 nəfər koronavirusa yoluxub, 5 600 434 nəfər isə bu xəstəlikdən ölüb.
Son sutkada yoluxma sayı 2 158 785, ölüm sayı isə 6 189 olub.
Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 70153597. Növbəti yerlərdə Hindistan (39799202), Braziliya (24044255), Fransa (16347127) və Böyük Britaniya (15953689) qərarlaşıb.
Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub - 860113. Digər yerləri Braziliya (623097), Hindistan (490462), Rusiya (327448) və Meksika (303183) bölüşüb.




USD
EUR
GBP
RUB