Nigeriyada 11 nәfәr dә Lassa qızdırmasından ölüb

Nigeriyada iki hәftә әrzindә 11 nәfәr Lassa qızdırmasından dünyasını dәyişib.

SİA xəbər verir ki, bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb. Mәlumata görә, iki hәftәdә 91 nәfәr virusa yoluxub. Keçәn il 674 nәfәr Lassa qızdırmasına yoluxmuşdu, 102 nәfәr dә dünyasını dәyişmişdi.

Qeyd edәk ki, Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi ölkәlәrdә yayılan Lassa qızdırması Nigeriyada ilk dәfә 1969-cu ildә ölkәnin Borno әyalәtindә qeydә alınmışdı.

Nigeriya hökumәti 2019-cu ilin 23 yanvar tarixindә Lassa qızdırması sәbәbindәn fövqәladә vәziyyәt elan etmişdi.

Qeyd edәk ki, Lassa qızdırması heyvandan insana keçir, xəstəlik ölümcül ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...