Türkiyədə daha 157 koronavirus xəstəsi vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər ölüb.

SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 253 nəfərin test edildiyi, 69 min 658 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 77 min 612 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə