Norveçdə 5-11 yaş arası uşaqlara peyvənd vurulacaq

Norveçdə 5-11 yaş arası uşaqlara peyvənd vurulacaq

Norveç hökumətinin qərarına əsasən, 5-11 yaş arası uşaqların peyvəndlənməsinə icazə verilib.

SİA Krallıq hökumətinin saytına istinadla xəbər verir ki, müvafiq qərar artıq qəbul edilib. Lakin bu yaş qrupundan olan uşaqların peyvəndlənməsi yalnız valideynlərin razılığı ilə icra ediləcək.

Norveçin səhiyyə naziri İnqvild Kerkolun sözlərinə görə, ölkədə uşaqların koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir.

Səhiyyə naziri bildirib ki, hakimiyyət orqanları bütün uşaqların peyvəndlənməsinə çağırmırlar. Lakin xroniki xəstəlikləri və sağlamlıqları ilə bağlı problemləri olan uşaqların peyvəndlənmə imkanı olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə