Gündəlik yoluxma sayı 61.727-dir (9 yanvar 2022)
Türkiyədə yeni tip korona virusundan (Covid-19) yanvarın 9-da 173 nəfər dünyasını dəyişib.
SİA xəbər verir ki, bir gündə 384 min 49 test edilib. Gündəlik yoluxma sayı 61.727-dir.
Son 24 saatda sağalanların sayı 35.163-dür.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 136 milyon 281 min 40 peyvənd vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB