Asimptomatik koronavirus xəstəliyi bədən üçün iz qoymadan ötüşmür, çünki infeksiya daxili orqanlara təsir göstərir. SİA xəbər verir ki, bu barədə Almaniyadan olan bir qrup alim “European Heart Journal”a açıqlayıblar.
Almaniyalı mütəxəssislər müəyyən ediblər ki, xəstəliyin yüngül forması olsa belə, bu, ürək problemlərinə, ağciyər həcminin azalmasına, tənəffüs yollarının müqavimətinin artmasına, böyrək funksiyasının azalmasına və venoz tromboz riskinin artmasına səbəb ola bilər.
Alman alimləri bildiriblər ki, omikron ştammının yayılması fonunda tez-tez gizli və ya yüngül formada baş verən asimptomatik koronavirusun xüsusiyyətləri haqqında məlumat son dərəcə vacibdir.
Xatırladaq ki, “omicron” haqqında ilk dəfə noyabrın sonunda Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilmişdi. Hazırda bu ştamm onlarla ölkəni artıq “ələ keçirib”. Dekabrın 21-də ABŞ-da omikron ştammından ilk ölüm faktı qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB