Doğuş üçün ƏN UYĞUN YAŞ NEÇƏDİR? - MAMA-GİNEKOLOQ AÇIQLADI

Doğuş üçün ƏN UYĞUN YAŞ NEÇƏDİR? - MAMA-GİNEKOLOQ AÇIQLADI

“Qadın orqanizmi təbii ki, tam yetişkənliyə çatır. Biz məsləhət görürük ki, 22-23 yaşlarında doğuş, 35 yaşa qədər normaldır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında mama-ginekoloq dr. Ləman Əliyeva deyib.

“35 yaşın üzərində olan doğuş risklidir. Bunların hamısını biz həmin qadının orqanizmini yoxladıqdan sonra tam dəqiq məlumat verə bilirik, yəni mən deyə bilmərəm ki, 35 yaşın üzərində olan qadın doğuş etməsin. Təbii ki, bütün müayinələrdən keçdikdən və orqanizmdə olan hər bir şeyin normal olduğunu bildikdən sonra həmin doğuşa icazə verilir. Hər yaşın özünün orqanizmdə ana bətninə düşdüyü dövrdən yumurta hüceyrənin müəyyən yaşlara qədər onun inkişaf mərhələləri gedir. 17 yaşında olan qızın orqanizmində hələ başa çatmamış cinsi funksiyalar var. Həmin qadının orqanizmi o gücü qaldıra bilməz. Hamiləlik dönəmi özü önəmli və ağırlığı olan bir dönəmdir. Hər yaşda hamiləliyi qaldırmaq olmur. 17 yaşında orqanizm uşaq orqanizmi sayılır. Onun orqanizmi həmin qadını düzgün formalaşdırmaya, yetişdirməyə bilər. Düzdür ki, istisnalar hər halda mövcuddur, hər bir orqanizm kitabda yazılanla həmişə eyni olmur. 17-18 yaşında bir qız sağlam uşaq da dünyaya gətirə bilər. Lakin gələcəkdə həmin qadının orqanizmdə bəzi fəsadlar üzə çıxır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə