Toyuq korluğu deyimdir yoxsa xəstəlik? - OFTOLMOLOQ AYDINLIQ GƏTİRDİ
"Ümumiyyətlə toyuq korluğu irsi xəstəlik hesab olunur. Yalnız kişilərdə olması isə sadəcə bir deyimdir. Bu sözləri SİA-ya açıqlamasında professor, oftomoloq Paşa Qəlbinur bildirib.

Onun sözlərinə görə, bu xəstəlik əsasən nəsildə olur və sonradan üzə çıxır: “Həm kişilərdə, həm də qadınlarda təsadüf edilə biləcək bir xəstəlikdi. Ümumiyyətlə gözdə olan xəstəliklərin heç biri sadəcə bir cinsin nümayəndələrini əhatə etmir, hər ikisinə aid olur. Bu xəstəliyin göstəricisi isə qaranlıqda çox kəskin formada görmənin zəifləməsidir. Çox ciddi bir xəstəlikdir, hazırda da elm inkişaf etdikcə, texnologiya yeniləndikcə bu xəstəliyin araşdırılmasına, müalicəsinə də təsiri olur. Müalicəsi müəyyən dərmanlar vasitəsilə edilir. Lakin müalicəyə çox çətin tabe olan bir xəstəlikdir”.
O sözlərinə davam edərək bildirib ki, son vaxtlar isə kök hüceyrələrinin köçürülməsində müəyyən irəliləyişlər var: “Bu xəstəliyin yaşla da heç bir əlaqəsi yoxdur. Doğulandan sonra yavaş-yavaş özü irəliləyir, bir müddət sonra isə özünü göstərir. Hazırda tibb sahəsi olduqca inkişaf edib. Ancaq bu cür bəzi xəstəliklər var ki, onlar müalicəyə çox çətin tabe olur. Buna görə də vaxtında həkimə müraciit etmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB