İranda Omicron ştamına yoluxanların sayı 159 nəfərə çatıb

İranda Omicron ştamına yoluxanların sayı 159 nəfərə çatıb

İranda koronavirusun Omicron ştamına yoluxanların sayı 159 nəfərə çatıb

SİA-nın məlumatına görə, İranın Tehran əyalətində 28, Hörmüzqanda 45, Məşhəddə 35, Mazandaranda 9, İsfahanda 9, Zahidanda 6, Yəzddə 8, Babildə 4, Təbrizdə 3, Buşəhrdə 3, Qumda 3, Şirazda 2, Ərak, Əlbirz və Şəhrkürd şəhərlərinin hər birində 1 nəfərdə Omicron ştamı aşkarlanıb.

Qeyd edək ki, yanvar ayının 1-nə olan statistikaya əsasən, İranda koronavirusdan (COVID-19) ölənlərin sayı 131 639 nəfərə yüksəlib, ölkədə COVID-19-a yoluxanların sayı isə 6 195 403 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə