"Omicron" variantının yaratdığı risk hələ də çox yüksəkdir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, "Covid-19" epidemiyasının "Omicron" variantının yaratdığı risk hələ də “çox yüksəkdir”.
"Omicron" variantının yaratdığı risk hələ də çox yüksəkdir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, "Covid-19" epidemiyasının "Omicron" variantının yaratdığı risk hələ də “çox yüksəkdir”.

SİA xəbər verir ki, ÜST-dən verilən açıqlamada "Yeni variant "Omicron" ilə bağlı risk hələ də çox yüksək olaraq qalır" deyilib.

Açıqlamada "Omicron" variantının əvvəllər üstünlük təşkil edən "Delta" variantını üstələdiyi və bir çox ölkədə sürətlə yayıldığı barədə xəbərdarlıq edilib.

ÜST "Omicron" variantının ABŞ və İngiltərə də daxil olmaqla bir çox ölkədə dominant varianta çevrildiyini qeyd etdiyi bəyanatında "Delta" variantı ilə müqayisədə daha sürətli yayılmanın müşahidə edildiyi məlumatı da yer alıb.

İngiltərə, Cənubi Afrika və Danimarkadan gələn ilk məlumatlara istinad edilən açıqlamada "Delta" variantı ilə müqayisədə "Omicron" variantı nəticəsində xəstəxanaya yerləşdirmələrin isə daha az olduğu bildirilib.

Bununla belə, "Omicron" variantına qarşı peyvəndlərin effektivliyi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı bazar günü bir həftə əvvəlki ilə müqayisədə "Covid-19" yoluxmalarının nisbətində 11 faiz artım və yeni ölüm nisbətində 4 faiz azalma olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə