Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 32.176-dır. (28 dekabr 2021)
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) dekabrın 28-də 157 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 368 min 842 test edilib. Gündəlik yoluxma sayı 32.176-dır.

Son 24 saatda sağalanların sayı 23.104-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 129 milyon 972 min 508 peyvənd vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə