"Ümumiyyətlə, qış aylarında insanlarda əl və ayaqların soyuq olması hər hansı bir xəstəliklə bağlı ola da bilər, olmaya da". Bu sözləri SİA-ya açıqlamasında pediatr Amalya Muradova bildirib.
Onun sözlərinə görə, bu zaman bir neçə müayinələr olunmalıdır: “Qanın ümumi analizi isə bu zaman ən vacib müayinələrdən biri hesab olunur. Əgər hər hansı bir xəstəlik aşkar olunmazsa, bu zaman onu, periferik qan dövranının pozulması kimi qəbul edirik. Bundan əlavə isə bu problem qan azlığı ilə də bağlı ola bilər. Bunu gemoqlabin azlığı kimi də qeyd edirik. Buna görə də ilk öncə müayinələr olunmalıdır. Əgər qan azlığı aşkarlanarsa bu zaman, dəmir peraparatları qəbul olunmalıdır. Daha sonra hər şey artıq qaydasına düşür. Bundan əlavə sinir sistemi ilə bağlı periferik qan dövranında spazmlar da olur. Bu zaman da əl və ayaqların soyuq olması qaçınılmaz bir vəziyyətdir. Hər bir halda ilk öncə müayinə olunmaq, qan azlığı problemi varsa, müalicə olunmaq lazımdır. Ümumi olaraq isə təbii ki, immunitetin artırılmasının rolu əvəzsizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB